XƏBƏRLƏR

10 May 2016

Elektron siqaret reklamı yasaqlanır

www.milli.az

Avropa Birliyinin Ali Məhkəməsi elektron siqaretlərin reklamlarını yasaqlayıb. Məhdudiyyət hələlik bir aylıqdır.

Milli.Az European-a istinadən bildirir ki, məhkəmənin qərarına görə, elektron siqaretlərin aqressiv, genişmiqyaslı reklamı siqaret çəkənləri belə zərərli vərdişdən uzaqlaşdırmaq əvəzinə, nikotinə aludə olanların sayını artırır.

Elektron siqaretlərin "adi" siqaret çəkmək prosesinin imitasiyası olduğunun vurğulandığı qərarın mayın 20-də qüvvəyə minməsi gözlənilir.

Qərar gerçəkləşəndən sonra bütün kütləvi informasiya vasitələrində elektron siqaretlərin reklamı qəti qadağandır. Küçələrdə və nəqliyyat vasitələrində isə belə siqaretlərin reklamı "Siqaret çəkmək səhhətinizə ziyandır" yazısı ilə müşayiət olunmalıdır.