Notice: Undefined offset: 1 in /var/www/tobacco/data/www/tobaccocontrol.az/index.php on line 62
Tobaccocontrol

XƏBƏRLƏR

10 Oktyabr 2018

İnsanları siqaret tüstüsündən kim qoruyacaq?- "Güc strukturları da mübarizədə iştirak etməlidir"- NAZİRLİKDƏN AÇIQLAMA

www.cebhe.info 

İnsanları siqaret tüstüsündən kim qoruyacaq?-

Tütün və tütün məmulatlarının dünyanın bəlasına çevirildiyini demək olar. Hər il dünyada milyonlarla insanın siqaretin fəsadlarından həyatını dəyişdiyi haqqında məlumatlar yayılır.

Bundan sonra ölkəmizdə tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirilməsi Səhiyyə Nazirliyinin səlahiyyətlərinə verilir. Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə bu məzmunda bənd əlavə edilib.

Məlumdur ki, tütün asıllığından azad olmaq üçün müxtəlif vastələr təklif olunur. Amma hər hansı bir effektiv üsula demək olar ki, rast gəlinməyib. Bu baxımdan, nazirlik bununla bağlı mübarizədə hansı üsullara üstünlük verəcək və nəzarət necə həyata keçiriləcək? 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, “Tütündən istifadənin məhdudlaşdırılması haqqında” Qanun qəbul olunub: 

“Həmin qanundan irəli gələn bir sıra məsələlər var.  Burada həm dövlət, həm bələdiyyə, həm vətəndaşların hüquqları, vəzifələri, səlahiyyətləri əks olunub. Əslində Səhiyyə Nazirliyi bundan əvvəl də tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini həyata keçirirdi. Həm Ümümdünya Səhiyyə Təşkilatının, həm də “Tütünə qarşı mübarizə” haqqında Çərçivə Konvensiyasında əsas istiqamət olaraq monitorinq göstərilir. Bildiyiniz kimi, bir çox xəstəliklərdə risk faktoru olaraq tütündən istifadə ilə bağlı araşdırma aparılıb. Yeniyetmələrin tütündən istifadə etməsilə bağlı araşdırmalar aparılır. Digər məsələ  siqaret çəkilməsinin qadağan olunduğu yerlərlə bağlıdır. Təbii ki, bununla bağlı Səhiyyə  Nazirliyi deyil, müəyyən güc sturukturları da bu prosesdə iştirak etməlidirlər ki, insanların siqaret tüstüsündən qorunması üçün müəyyən tədbirlər həyata keçirilsin”.

Səhiyyə Nazirliyinin rəsmisi müvafiq qurumlarla, o cümlədən də Təhsil Nazirliyinin iştirakı ilə maarifləndirmə işlərinin aparıldığını deyir:

“Təbii ki, bu işlər qanuni çərçivədə nəzərdə tutulduqda daha çevik və effektli olaraq həyata keçirilə bilər”.

Tofiq Musayev deyir ki, siqaret çəkənlərin bu vərdişi atması üçün mübarizə yolları var:

“Hər bir həkim xəstəsilə, onun qohumları ilə söhbətində 5 dəqiqə bu mövzuda söhbət edə bilər. Dİgər tərəfdən bu mövzuda təlimlərin təşkil oluna, KİV-lərlə əlaqə vasitəsilə bu işlər həyata keçirilə bilər. Bununla bağlı maraqlı aksiyalarımız da var. Məsələn, tütündən imtinaya dair mobil əlavələr hazırlanacaq. Bundan başqa bizim nosmoke.az saytımız var. Burda gənclərin sevdiyi “selfie” üsulundan istifadə olunur. Biz buna 2015-ci ilin 31 may tarixindən başlamışıq, bu günə kimi davam edir. Bu tədbirləri həyata keçirməkdə məqsəd yeni siqaret çəkən insanların yaranmamasına cəhd, digər tərəfdən çəkənlərin bundan imtina etməyə yönəltməkdir”. 

Üçüncü əsas məsələnin isə tələbatın azadılması olduğunu deyən, əhalinin sağlamlığına məsul olan şöbə müdiri bildirir ki, tütün vitrinləri insanları siqaret çəkməyə sövq edir: 

“Bu, ciddi bir reklamdır. Bizim yeni qanunda da deyilir ki, birbaşa və dolayısı yolla reklam, tütün məlumatlarının təbliği, sponsorluğu qadağan edilsin. Bir sıra ölkələrdə də vitrinlər qadağan edilib. Aksiz vergilərinin artırılması da mübarizə üsuludur. Təbii ki, vergilər qiyməti də artırır və imtina edənlərin sayının çoxalmasına gətirib çıxarır. Ümümdünya Səhiyyə Təşkilatının “Tütünə qarşı mübarizə” haqqında Çərçivə Konvensiyasında da bu məqam bir nömrəli mübarizə üsullarından biri olaraq göstərilir”.