Haqqımızda

Tanış olduğunuz tobaccocontrol.az internet səhifəsi “Azərbaycanda Tütünlə  Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” Layihəsiçərçivəsində hazırlanmışdır. Layihə “Blumberq Təşəbbüsü” fondu tərəfin-dən dəstəklənir və “Ağ Ciyər Xəstəliklərinə və Vərəmə Qarşı Beynəlxalq İttifaq” vasitəsi ilə koordinasiya edilir. Bu layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Cons Hopkins Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzi tərəfindən əməkdaşlıq formasında həyata keçirilir.

 “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” Layihəsi çərçivəsində Azərbaycan Tütünlə Mübarizə üzrə İctimai Koalisiyası təsis edilmiş, başlıca məqsəd olan strategiyanın hazırlanması üçün işçi qrup yaradılmış, internet səhifə hazırlanmış və ölkəmizdə ilk dəfə tütün probleminə həsr olunmuş milli konfrans keçirilmişdir. Layihənin əsas məqsədi tütünlə kompleks şəkildə mübarizə aparmaq məqsədi ilə milli strategiyanın hazırlanmasıdır. Bu məqsədlə İSİM-də yaradılan işçi qrupun müntəzəm görüşləri keçirilir və hazırlıq prosesi zamanı beynəlxalq təcrübəyə, Azərbaycanında qoşulduğu ÜST-nın Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına istinad edilir. Layihə bir il ərzində davam edəcək.

Azərbaycan Tütünlə Mübarizə üzrə İctimai Koalisiyası hər ay görüşləri keçirilir və bu tədbirlər zamanı tütünlə mübarizə ilə bağlı müxtəlif məsələlər müzakirə olunur, fəaliyyətlər planlaşdırılır. Yeni yaradılmış tobaccocontrol.az internet səhifəsində də başlıca olaraq bu koalisiyanın fəaliyyəti işıqlandırılacaqdır. Bununla yanaşı burada siz tütünlə mübarizə sahəsi ilə bağlı geniş məlumatlarla, Azərbaycanda baş verən hadisələrlə, dünya təcrübəsilə, qanunvericiliklə tanış ola biləcəksiniz.