XƏBƏRLƏR

26 Yanvar 2017

Siqaret əllidən çox ağır xəstəliyin yaranma riskini artırır

www.azertag.az

Siqaret 50-dən çox ağır xəstəliyin yaranma riskini artırır. Bunlardan bəziləri ölümcül, bəziləri isə sağalmaz xroniki xəstəliklərdir. Ağciyər xərçənginin 90 faiz səbəbi tütünçəkmədir.

Bu zərərli alışqanlığın fəsadları haqqında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər ki, siqaret ağız, dodaq, boğaz, səs telləri, qida borusu, sidik kisəsi, böyrək, qaraciyər, mədə və mədəaltı vəzi xərçənginə səbəb ola bilər.

Tütün məmulatları ürəyi və qan damarlarını zədələyərək ürəyin koronar xəstəlikləri, miokard infarktı, insult və periferik damar xəstəliklərinə gətirib çıxarır, ağciyərlər və tənəffüs yollarına təsiri nəticəsində xroniki bronxit, emfizema və pnevmoniya kimi xəstəliklər yaradır.