Siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyır.
Polis əməkdaşları Bakıda prosesə nəzarəti gücləndirib.
Belə ki, küçədə siqaret çəkib kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində 50 manat cərimə tətbiq edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin Trend-ə verdiyi məlumata görə, bu məsələ qanunvericilikdə nəzərdə tutulub.
“Azərbaycanda “Tütün və ya tütün məmulatı haqqında” Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb”,- DİN rəsmisi bildirib.