XƏBƏRLƏR

14 Aprel 2023

““Əqrəb Mövsümü”ndə tütündən istifadə kuliminasiya həddinə çatmışdı”

qafqazinfo.az

eqreb-movsumunde-tutunden-istifade-kuliminasiya-heddine-catmisdi

“Qəbul edilən qanunların tətbiqi ilə bağlı televiziya kanallarında hələ də problemlər qalır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Mədəniyyət komitəsinin iclasında bildirib. 

Şöbə müdiri qeyd edib ki, televiziya məkanında audiovizual əsərlərdə, tamaşalarda, ümumiyyətlə, bütün verilişlərdə tütündən istifadə birbaşa qadağandır: “Bu gün nə baş verir? Bu maddə yerinə yetirilmir, işləmir. Yalnız xəbərdaredici cümlə verilir və bu da effekt vermir. Seriallarda yenidən tütündən istifadəyə icazə verilib. Tütündən istifadə o serialların reytinqinə müsbət təsir göstərmir. Bu yaxınlarda İctimai televiziyada müsbət mənada rezonansa səbəb olan “Əqrəb mövsümü” yayımlandı. Orada aktyor oyunu, rejissor işi əla idi, amma tütündən istifadə kuliminasiya həddinə çatmışdı. Bu seriallara gənclər, yeniyetmələr də baxırlar. Belə məsələlər nəzarətdə saxlanılmalıdır”.

Zaur Mirzə