13 may 2025-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı şəhərinin Gənclər Evi Sosial Xidmət Müəssisəsində Tütünә qarşı mübarizә haqqında ÜST-nin Çәrçivә Konvensiyasının qüvvəyə minməsinin 20-ci il dönümünə və 31 may Ümumdünya Tütünsüz Gününə həsr edilmiş dəyirmi masa keçirildi.
Tədbirlərdə İSİM-in ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquq məsləhətçisi Rüstəm Məmmədov, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak etdi.
Tədbirlərdə nümayiş etdirilən təqdimatlar və geniş müzakirələr zamanı tütün epidemiyası və onun yaratdığı qarşısı alına bilən xəstəliklər və ölüm hallarına xüsusi diqqət yetirildi və qeyd olundu ki, Tütünә qarşı mübarizә haqqında ÜST-nin Çərçivə Konvensiyası ÜST tərəfindən qlobal miqyasda epidemiya elan edilmiş tütünə qarşı mübarizədə səylərinin birləşməsi, bu istiqamətdə hərtərəfli dəstəyin göstərilməsi və sağlamlıq hüquqlarının təmin olunmasına yönəldilir. Eyni zamanda, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə vətəndaşların sosial rifahının, uzunömürlülüyünün, sağlam həyat tərzinin və təmiz ekoloji mühitin təmin edilməsi üzrə vəzifələrin də Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərin icrasına töhfə verdiyi vurğulandı.
Tədbirlərdə 31 may Ümumdünya Tütünsüz Günü ilə əlaqəli müzakirələr aparıldı. Diqqətə çatdırıldı ki, hər il 31 may tarixində qeyd olunan Ümumdünya Tütünsüz Gününə həsr edilən tədbirlər tütündən istifadənin təhlükələrindən bəhs edir, tütün epidemiyasına qarşı aparılan mübarizəni vurğulayır, gələcək nəsillərin sağlamlıq hüquqlarının təmin edilməsinə yönəldilir. Tədbirlər zamanı iştirakçılara ictimai sağlamlıq mövzularına aid müxtəlif maarifləndirici materiallar paylanıldı. Sonda xatirə fotoları çəkildi.
Fotoşəkillərə bu linkdən baxmaq olar: http://masalli-ih.gov.az/az/news/tutun-ile-mubarize-ve-saglam-heyat-terzinin-tesviqi-adli-tedbir.html