31 May 2025
31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş maarifləndirici aksiya keçirilib
https://www.facebook.com/ISIM.SOCIAL/posts/pfbid02VXGcNzW2ESu4z5ESzUCYiHARbipgXz4J4e1bJS8xmpVxkf5Tg2wmHGBTkQZei9Vl
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “ZefirMall” ticarət mərkəzində əhali üçün maarifləndirici aksiya təşkil edilib. Aksiyanın məqsədi tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılması olub.
31 may - Ümumdünya Tütünsüz Gününə həsr olunmuş aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının təyin edilməsi) dəvət ediliblər, onlara həkim və ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib. Vurğulanıb ki, son vaxtlar dünya ölkələrində qeyri-infeksion, o cümlədən ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə sıx bağlıdır. Əsas risk amillərinə isə, tütünçəkmə və digər zərərli vərdişlərə aludəlik, fiziki passivlik və qeyri-sağlam qidalanma aiddir. Xəstəliklərin əsas risk amillərinin qarşısını almaq üçün iştirakçılara sağlam həyat tərzi seçmək təşviq edilib, bu mövzulara dair geniş çeşiddə maarifləndirici materiallar paylanılıb.