XƏBƏRLƏR

2 İyun 2017

"Tütün - inkişaf üçün təhlükə!" mövzusunda seminar keçirilmişdir

www.sehiyye.gov.az

31.05.2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Tütünsüz Gününə həsr olunmuş seminar keçirilmişdir. Yarım günlük seminarda Ümumdünya Tütünsüz Gününün builki mövzusu olan "Tütün - inkişaf üçün təhlükə!" mövzusu ətrafında təqdimlar keçirilmişdir. 

Tədbirdə tütünlə mübarizə istiqamətində İSİM tərəfindən ötürülən məlumatların kütləvi informasiya vasitələri ilə geniş əhaliyə çatdırılmasını nəzərə alaraq, bu mübarizənin KİV-lər tərəfindən daha effektiv aparılması üçün müxtəlif ölkələrdə tətbiq olunan metodlar və alqoritmlər seminarın əsas müzakirə predmetlərindən biri olmuşdur. 

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.2.1.1-ci və “Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planı”nın 4.2.-ci bəndinə uyğun olaraq keçirilən tədbirdə İSİM-in mütəxəssisləri media nümayəndələri üçün mövzu ətrafında müxtəlif təqdimatlar etmişlər. 

Tədbirdə iştirakçılar “Tütün epidemiyası – problemlər, prioritetlər, nailiyyətlər” haqqında məlumatlandıracaq, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərin bir nömrəli risk faktoru olduğunu sübut edən məqamlar açıqlanmışdır. Həmçinin əhalinin maariflənməsi istiqamətində İSİM tərəfindən həyata keçirilən tədbirlər jurnalistlərin diqqətinə çatdırılmışdır. Seminarın səmərəliliyini artırmaq üçün KİV nümayəndələri tütünlə mübarizədə medianın işinin forma və metodları, düzgün istiqamətlənmiş iş alqoritmi üzrə digər ölkələrin təcrübəsi barədə məlumatlandırılmışlar.