Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və "İRƏLİ" İctimai Birliyinin təşkilati dəstəyi ilə “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş “Tütünsüz həyat: Sən özün yarat!” şüarı altında keçirilən Fotomüsabiqənin 1-ci mərhələsi başa çatdı. Təşkilatçılar müsabiqəyə qoşulan və işlərini təqdim edən hər bir iştirakçıya təşəkkür edir, hər birinin əməyini yüksək dəyərləndirir!
Müsabiqənin 2-ci mərhələsində müsabiqənin şərtlərinə cavab verən hər bir fotoşəkil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və nəticədə qaliblər seçiləcəkdir. Müsabiqənin qaliblərinin mükafatlandırılması 2012-ci il 31 may tarixində İSİM-də keçiriləcək.
Eyni zamanda müsabiqəyə təqdim olunmuş və müsabiqənin şərtlərinə cavab verən fotoşəkillər səsvermə üçün 2012-ci il mayın 25-dən mayın 30-u saat 12:00-dək İSİM-in Facebook səhifəsində yerləşdirilir. Ən çox səs toplayan fotoşəkilin müəllifi mayın 31-də xüsusi hədiyyə ilə təltif ediləcək.