XƏBƏRLƏR

23 Noyabr 2010

Uruqvayda keçirilən Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 4-cü sessiyasında Azərbaycan da iştirak etdi

15-20 noyabr 2010-cu il tarixdə Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 4-cü sessiyası baş tutdu. Uruqvayın Punta del Este şəhərində keçirilmiş bu mühüm tədbirdə dünya ölkələrinin nümayəndələri toplaşaraq Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsində baş verən irəliləyişləri nəzərdən keçirdilər və dəstəklədilər. Toplantıda “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının 12 və 14-cü maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsipləri təsdiq edildi. Eləcə də Konvensiyasının yeni həyata keçirilməsi yolları, o cümlədən Konvensiyanın bir neçə maddəsi, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsi və yardım mexanizmlərinin təkmilləşdirilməsi kimi əsas məsələlər ətrafında müzakirələr aparıldı. Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 4-cü sessiyasında Azərbaycan Respublikasını Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov təmsil etdi.