Mayın 31-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “31 May 2018-ci il: Dünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda kütləvi informasiya vasitələrinin iştirakı ilə “dəyirmi masa” keçirilir. AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi bu günün tarixi və bu ilki mövzusu olan “Tütün ürəyi məhv edir” devizinin açıqlaması, tütünlə mübarizə ilə bağlı dövlət səviyyəsində görülmüş işlərin müzakirəsi, bütün ictimaiyyətin diqqətinin tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəltməkdir.