Azərbaycanda tütün və tütün məmulatlarının dövriyyədən götürülməsi ilə bağlı halların əhatə dairəsi genişləndirilir.
APA-nın məlumatına görə, “Tütün və tütün məlumatları haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə bu gün Milli Məclisin Aqrar siyasət komitəsində müzakirəyə çıxarılıb.
İndiyə qədər tütün və tütün məmulatlarının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda tütün və tütün məmulatları dövriyyədən çıxarılıb. Dəyişiklik tütün və tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda dövriyyədən çıxarılacaq.
Qanun layihəsi Aqrar siyasət komitəsində müzakirədən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.