XƏBƏRLƏR

25 Oktyabr 2018

Tütün məmulatlarının reklamının və satışının stimullaşdırılması ilə bağlı qadağa konkretləşdirilib

www.report.az 

 
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna bununla bağlı dəyişiklik edilir

 Azərbaycanda tütün məmulatlarının reklamının və satışının stimullaşdırılması ilə bağlı qadağa konkretləşdirilib.

“Report”un xəbərinə görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna bununla bağlı dəyişiklik edilir.

Qanunun 14-cü (Tütün məmulatlarının reklamının və satışının stimullaşdırılmasının qadağan edilməsi) maddəsinə əsasən, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağandır. Maddəyə edilən əlavəyə əsasən, tütünün təbliğat məqsədilə reklamı qadağan edilir.

Dəyişiklik layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.