“Tütün və ya tütün məmulatı haqqında” Qanun ilə qadağan olunan yerlərdə siqaret çəkilməsinə görə cərimə tətbiq ediləcək. Yeni hazırlanan Məcəlləyə əsasən qanunla qadağan edilən yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər. Qeyd edək ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsində qadağan edilən yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutulmur. Həmçinin, yeni Məcəlləyə əsasən müəssisə, idarə və təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir.