XƏBƏRLƏR

16 Yanvar 2019

Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılması nəzərdə tutulub

www.xezerxeber.az 

Yanvarın 16-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Tütündən imtina et" mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib.
 
Xezerxeber.az xəbər verir ki, çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev tədbirin keçirilməsində əsas məqsədin əhalinin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da genişləndirmək olduğunu deyib: "Əhalinin sağlamlığının qorunması, gənc nəslin sağlam böyüməsi və inkişafı, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədilə ölkəmizdə kompleks tədbirlər görülür, qanunvericilikdə mühüm dəyişikliklər edilir. Hazırda əsas məqsəd Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasıdır".

 

Dünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı çıxış edərək tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu vurğulayıb.