XƏBƏRLƏR

28 Dekabr 2015

Siqaret istifadəçilərinin Nəzərinə

Avropa Birliyinin 2015-ci il mart ayı qərarına əsasən 2016-cı ildən etibarən siqaret paketlərinin üstündə siqaretin yol açdığı müxtəlif xəstəlikləri əks etdirən fotoşəkillər əks olunacaq. Bu qanun Avropa Birliyinə üzv olan 28 ölkədə 20 may 2016-cı il tarixindən etibarən qüvvəyə minəcək.

Yeni ildə siqaret istifadəçilərini siqaretdən uzaq tutmaq üçün paketlərin üstündə yazılan yüngül, zərərsiz, təbii tütün kimi ifadələr qadağan edilib.

2020-ci ildə nanə tozu ilə dadlandırılmış siqaretlərin satışı da qadağan ediləcək. Hazırda siqaret reklamlarının da qadağan edilməsi gözlənilir.