XƏBƏRLƏR

7 Yanvar 2016

Dünya Səhiyyə Təşkilatı tüstüsüz mühit yaratmağa çağırır

Siqaret çəkilməyən zonaların yaradılmasını nəzərdə tutan qanunlar əhalini tütün tüstüsünün təsirindən qorumağın yeganə səmərəli üsulu olaraq qalır. Təkrar tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsindən danışmağa dəyməz.

BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı (DST) bütün Avropa dövlətlərini tüstüsüz mühit yaratmaq siyasətini rəhbər tutmağa və regionu tütündən azad zonaya çevirməyə çağıran Aşqabad Bəyannaməsini bu yolla həyata keçirməyə çağırır.

DST-nin “Siqaret çəkməyən adamları tütün tüstüsündən necə qorumalı” mövzusunda araşdırmasında Avropa regionunun doqquz dövlətində tüstüsüz mühitin yaradılması barədə məlumat verilir. Ekspertlərin sözlərinə görə, bu ölkələrdə görülən tədbirlər əhali tərəfindən dəstəklənir və ictimai səhiyyə sisteminin möhkəmlənməsinə mühüm töhfə verir.