XƏBƏRLƏR

8 Aprel 2016

Belçikanın paytaxtı Brüsseldə “Tədqiqatlar, profilaktika və müalicə” mövzusunda tütünə nəzarət üzrə ENSP (Tütünə nəzarət üzrə Avropa Şəbəkəsi) konfransı keçirilib.

Aprelin 5-7-də mövzu ilə bağlı keçirilən ilk ENSP konfransında əsas diqqət tütün epidemiyasının qarşısının alınması, tütünçəkmədən imtina və müalicə məsələlərinə yönəldilib. Konfransda o cümlədən tütündən istifadəyə təkan verən amillər, tütünçəkmənin sağlamlıq üçün təhlükələri, tütünçəkmənin iqtisadi nəticələri, tütünlə mübarizə üsullarına nəzər salınıb. Həmçinin tütünlə mübarizəyə dair beynəlxalq və milli qanunvericiliyə, ölkələrdə tütünə nəzarət xidmətləri, tütündən imtina mərkəzlərinin yaradılması kimi mövzular müzakirə edilib.