XƏBƏRLƏR

12 May 2016

Bu siqaret dünyanın ən saxtası seçildi

www.faktxeber.com

FaktXəbər-in məlumatına görə, TSN  təşkilatının apardığı araşdırmalarının nəticəsi göstərir ki, dünyanın ən saxta siqaret Rusiya istehsalı olan “Prima” markasıdır.  

Bu marka altında buraxılan  siqaretlərin 40% -i istehsal yeri məlum olmayan və  qeyri-leqal  sayılır.

Ümumiyyətlə dünyada  saxta siqaretlərin istehsalı və nəqli getdikcə böyük miqyaslar alır.

Siqaretlərin çoxu Çinin zirzəmilərində istehsal olunur və dünyaya  nəql edilir. Bunun nəticəsində ölkələr ödənməyən vergi şəklində milyardlarla dollar itirir.

Bununla belə, bu, cinayətkarlar üçün təhlükəsi az olan biznesdir.

Son araşdırmalar göstərir ki, dünyada çəkilən hər 6 siqaretdən biri qaçaqmalçılıq yolu ilə gətirilib.