XƏBƏRLƏR

3 İyun 2016

Azərbaycan ən çox siqaret çəkilən ölkələrin sırasındadır

www.apa.az

Azərbaycan dünya ölkələri arasında siqaret çəkənlərin sayına görə 13-cü yer tutur.

APA-nım “moscow-baku.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. Məlumata əsasən, əhalinin sayına görə ən çox siqaret çəkən insanlar Monteneqroda qeydə alınıb. Bu ölkədə hər yetkin şəxsə ildə 4124 siqaret düşür. Bu isə günə 11,3 siqaret edir.

Statistikaya əsasən, ilk beşlikdə Belarus, Livan, Makedoniya və Rusiya kimi ölkələr yer alır.