XƏBƏRLƏR

5 Avqust 2016

ÜST: Azərbaycanda tütünlə bağlı reklamın qadağan edilməsi nailiyyətdir

www.apa.az

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycanda Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə növbəti hesabat ÜST-yə təqdim edilib. Azərbaycan tərəfindən təqdim edilmiş hesabat barədə məlumatı Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının Katibliyinin Hesabat və Məlumat İdarəsinin rəhbəri Tibor Szilagyi ÜST-nin Çərçivə Konvensiyasının rəsmi facebooktwitter səhifələrində bölüşüb.

Məlumatda, xüsusilə də Azərbaycanın Reklam haqqında Qanunu ilə tütün və tütün məmulatlarının bütün növlərinin reklamının qadağan edilməsi Azərbaycanın nailiyyətlərindən biri kimi vurğulanıb. Eyni zamanda İSİM tərəfindən 2015-ci il mayın 31-dən etibarən start verdiyi “Hər günün tütünsüz olsun!” adlı davamlı onlayn aksiyasından nümunəvi fotoşəkil təsvir edilib.