Oktyabrın 1-dən Merilenddə yeniyetmələrə tütün məhsullarını, o cümlədən elektron siqaretçəkmə qurğularını əldə etməyə qadağa qoyan yeni qanun qüvvəyə minir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanuna müvafiq olaraq indi siqaret, siqar və veypinq məhsulları alıcılarının yaşı 21-dən az olmamalıdır. Əvvəllər 18 yaşı tamam olanlar müstəqil şəkildə tütün məhsulları ala bilirdirlər.
Müəlliflər təsdiqləyirlər ki, qanun bütün elektron siaretçəkmə qurğularına, onların hissə və ləvazimatlarına aid edilir. Digər 14 ştat da gənclərin erkən yaşından bu zərərli vərdişə yiyələnməmələrinə istiqamətlənən analoji qanunvericiliyə malikdir.
Xatırladaq ki, son vaxtlar elektron siqaret istifadəçiləri arasında ölüm halları artıb. Bu da bir neçə şəhər merini veyp satışına qadağa qoyulması barədə qərar qəbul olunmasına məcbur edib. Eyni zamanda, xəstəliklərə nəzarət və profilaktika mərkəzləri bir neçə veyperi öldürən ağciyər xəstəliyinin detallarını araşdırırlar.
Merilenddə yeni qanuna müvafiq olaraq, qanunu pozan pərakəndə satıcıları ilk dəfə qayda pozuntusu üçün 300 dollardan başlayaraq, sonrakıların 3 min dollaradək cəriməsi gözləyir. Müvafiq dövlət orqanları mağazalarda elan olunmayan minə yaxın reyd keçirir, nəticədə qayda pozucuları aşkar edilir.
Merilend ştatının məlumatına görə, pərakəndə satışla məşğul olan şəxslərə ildə 200-ə yaxın cərimə yazılır. Bu ştatda yaşı 18-20 olan 255 minə yaxın insan yaşayır. Merilend ştatında 6 mindən çox lisenziyalı pərakəndə tütün satıcıları mövcuddur.