Bakı Nəqliyyat Agentliyi ilin əvvəlindən start verdiyi tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanunundan irəli gələn məsələlərin icrası ilə bağlı layihəni davam etdirir.
Agentlikdən ATV.az-a verilən məlumata görə, son 3 ayda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 149 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 55 nəfər avtobus sürücüsü cərimələnib. Eyni zamanda, Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin mükafatlandırılıb. Həmçinin, il ərzində daha aktiv ictimai fəallıq göstərən və xətalar barədə daha çox məlumat verən bir nəfər sərnişinə isə qiymətli hədiyyə təqdim edilib