XƏBƏRLƏR

29 Fevral 2020

Bakıda satıcılar cərimələndi - SƏBƏB

www.news.milli.az 

Səbail rayonu ərazisindəki 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları - D.Əhmədov və Ş.Şəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.