Bakı şəhəri, Nəsimi rayonu 247 nömrəli məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə 22 may 2020-ci il tarixdə sağlam həyat tərzinin təbliği mövzusunda onlayn görüş keçirildi. Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə keçirilən görüşün əsas məqsədi gəncləri narkomaniya, alkoqolizm, tütünçəkmə və digər neqativ halların mənfi təsirləri barədə məlumatlandırmaq idi.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova çıxış edərək, tütünçəkmə, narkotik maddələrdən istifadə kimi zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirləri, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadları nəzərə çatdırdı.
İştirakçılarla interaktiv şəraitdə keçən görüşdə onların sualları cavablandırıldı, sağlam həyat tərzi ilə bağlı faydalı tövsiyələr verildi.