XƏBƏRLƏR

10 İyul 2020

Elektron siqaretlər ölümcül təhlükəlidir

www.olke.az 

Elektron siqaretlər ölümcül təhlükəlidir

Elektron siqaretin buxarını hətta bir dəfə udmaq ürək-damar sisteminə mənfi təsir edir.

"Ölkə.Az" publika.az-a istinadən xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri çıxış ediblər.

Tədqiqatçılar üzərində təcrübə aparılan insanlarda elektron siqaret mayesinin inqalyasiyasından sonra bud arteriyasında qan dövranının müvəqqəti dəyişdiyini müşahidə ediblər.

MRT müayinəsi qan dövranının hətta nikotinsiz mayedən istifadə vaxtı da dəyişdiyini göstərib. Alimlər hansı mayenin nəticələrə təsir etdiyini müəyyən edə bilməyib.

Tədqiqat müəllifi U.Verli Feliksi qeyd edir ki, bir neçə dəqiqə sonra hər şey normaya düşür, lakin zamanla bu siqaretlərin istifadəsi qarşısıalınmaz nəticələrə gətirib çıxara və ateroskleroz daxil olmaqla, ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.