XƏBƏRLƏR

14 Sentyabr 2020

Alimlər elektron siqaretlə xərçəng xəstəliyinin əlaqəsini aşkarladılar

www.report.az 

Alimlər elektron siqaretlə xərçəng xəstəliyinin əlaqəsini aşkarladılar

Amerika universitetlərinin alimlər qrupu elektron siqaretlərin, o cümlədən veypinqin sinədə və bədənin başqa hissələrində şişlərin inkişafına imkan yaratdığını aşkarlayıblar.

Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.

Qeyd edilir ki, Yel, Con Hopkins və Prinston universitetlərinin tədqiqatçıları dişi siçanların üzərində testlər aparıblar. Onlardan bəziləri təmiz havada olub, digərləri isə elektron siqaretlərin buxarlarının təsirinə məruz qalıblar.

İki həftə sonra alimlər döş xərçəngi hüceyrələrinə iynələr vurublar. Məlum olub ki, şiş altı həftə ərzində tüstünün təsirinə məruz qalmış siçanlarda demək olar, iki dəfə sürətli böyüyüb.

Bundan başqa, heyvanlarda metastazların inkişafının yüksək riski əmələ gəlib.