XƏBƏRLƏR

27 Mart 2017

ATU təmsilçisi tütünlə mübarizəyə dair ictimai müzakirəyə qoşulub

www.amu.edu.az 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.

Mərkəzdən daxil olan xəbərə görə, tədbirdə Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Tibb Universiteti, “Asan Agentlik” və “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Həmrəy Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, “Ümidli Gələcək” İctimai Birliyi və “LAYF” Xeyriyyə İctimai Birliyinin əməkdaşları iştirak ediblər.

Mərkəzin səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Qanun Layihəsinin müzakirəsi ilə əlaqədar Milli Məclisdə planlaşdırılan “dəyirmi masa”nın təşkilinə dair iştirakçılarla fikir mübadiləsi aparıb. Tədbir iştirakçıları müzakirə olunan məsələ barədə maraqlı fikir və təkliflər səsləndiriblər.