XƏBƏRLƏR

19 Noyabr 2015

Dövlət İqtisad Universitetində “Siqaretdən imtina” günləri keçirilir (Video)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Siqaretdən imtina” günləri keçirilir.

Gün.Az universitetin Marketinq və Kommunikasıya Departamentinə istinadən xəbər verir ki, “İqtisadçı Gənclər Akademiyası” İctimai Birliyi ilə Tələbə Gənclər Təşkilatının birlikdə təşkil etdiyi “Siqaretdən imtina” günləri çəçivəsində universitetin professor-müəlim heyəti, tələbə, magistrant, doktorantları və bütün əməkdaşları xüsusi hazırlanan lövhənin qarşısında çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə #nefesiniqoru #siqareteyox #tustusuzheyat #smokekillsus #saveurlungs #nosmokeyeslove həştəqləri ilə paylaşacaqlar. Siqaretsiz həyatı təbliğ etmək üçün şəkillərdə hər kəsin pozitiv görünməsi şərtlərdən biridir.

Eyni zamanda tələbələr “Siqaretdən imtina” günü çərçivəsində video rolik hazırlayıblar. Videorolikdə siqaretin zərərlərindən bəhs edilir.