XƏBƏRLƏR

25 Noyabr 2015

Siqaret çəkənlər üçün böyük təhlükə

"Ağır" və "Yüngül" siqaret anlayışının heç bir fərqi yoxdur

İnsanlarda belə bir fikir formalaşib ki, yüngül siqaretlər daha az təhlükəlidir. Əslində isə insan orqanizminə verdiyi zərər baxımında tərkibində nikatini az olan siqaretlərin zərəri heç də digərindən az deyil. Dünya Səhiyyə Təşkilatı bununla bağlı xəbərdarlıq edib.

İnsanlar bu kimi bəhanələrlə özlərinə təskinlik verirlər. Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, yüngül dediyimiz, yəni nikatini nisbətən  az olan siqaretlər də digərləri qədər zərərlidir və hətta xərçəng riskini artırır.

Statistikaya görə, hər il dünyada ağ ciyər, nəfəs yolu və bronx xərçəngindən 1 milyon insan ölür. Dünya onkoloqların ümumi rəyinə görə, bu xəstəliklərin əsas risk faktoru siqaret çəkməkdir, xüsusilə də "yüngül" siqaretlər.