XƏBƏRLƏR

1 Dekabr 2015

Məşhur brend tükürpərdici səbəbdən rüşvət verib

Şirkət, istehsal etdiyi məhsullar səbəbindən ölüm hallarını gizlətməyə çalışıb.

Böyük Britaniya və Amerika Birlşəmiş Ştatlarının (ABŞ) iri tütün şirkətlərindən olan BAT (British American Tobacco) Afrikada öz biznesini qurmaq üçün aparacı beynəlxalq qurumların rəsmilərinə rüşvət verib. Rüşvət alanlar arasında Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Nəzarət qurumunun nümayəndələri də var.

Sözügedən şirkət “DUNHILL”, “LUCKY STRIKE”, “KENT”, “PALL MALL” kimi brendlərin istehsalçısıdır.

Bildirilir ki, BAT şirkətinin rəsmiləri öz məhsullarını ixrac etdikləri ölkələrdə siqaretdən ölüm hallarının gerçəkdə olandan az qeydə alınması üçün məmurlara rüşvət verib.

Şirkət əsasən, Burundi, Komor adaları, Ruanda və Keniya kimi ölkələrdə ölüm hallarını gizlətməyə çalışıb. Şirkət bu ölkələrdə tütünə qarşı aparılan kampaniyaların da qarşısını kəsməyə çaışıb.

Faktla bağlı istintaq araşdırması başladılıb. İddialar öz təsdiqini taparsa, şirkəti külli miqdarda cərimə gözləyir.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri BAT şirkətini insanların həyatı bahasına mənfəət əldə etməkdə təqsirləndirib.