Azərbaycanda siqaret çəkməyə görə cəzanın sərtləşdirilməsi təklif olunur.
Trend-in məlumatına görə bu, Milli Məclisin əmək və sosial siyasət, insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.
Əsas dəyişikliklərdən biri hava nəqliyyatında siqaret çəkməyə tam qadağa qoyulmasını nəzərdə tutur. Dəyişikliyə əsasən, hava nəqliyyatında siqaret çəkməyə görə cərimə onqat – 10 manatdan 100 manatadək – artırılır.
Bundan başqa, azyaşlıların valideyn diqqətsizliyi səbəbi ilə siqaret çəkməyə cəlb olunmasına görə cərimələr 60-100 manatdan 100-150 manatadək artırılır.
Yeni dəyişikliklərə əsasən icazə verilməyən yerlərdə (hava, dəmiryolu, dəniz və çay nəqliyyatı, eləcə də şəhərdaxili, şəhərlərarası və beynəlxalq avtobuslar və metropoliten istisna olmaqla) siqaret çəkilməsinə görə cərimə iki dəfə - 30 manatdan 60 manatadək artırılır.
Hava, dəmiryolu, dəniz və çay nəqliyyatında cərimələrin 40 manatdan 100 manatadək, metropolitendə 50 manatdan 100 manatadək, şəhərdaxili, şəhərlərarası və beynəlxalq avtobuslarda 40 manatdan 100 manatadək artırılması nəzərdə tutulur.
Dəyişikliklərdə o da nəzərdə tutulur ki, azyaşlıların tütün məmulatı və spirtli içkilərdən istifadyə cəlb olunmasına görə 60-100 manat həcmində cərimə təyin edilsin. Əgər bu addım valideyn və ya qəyyum tərəfindən atılıbsa, cərimənin məbləği 100 manatdan 250 manatadək təşkil edə bilər.
Dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyyə edilib.