XƏBƏRLƏR

5 Oktyabr 2017

Diqqət: Təkcə siqaret çəkənlərin tutulduğu xəstəlik

Təkcə siqaret asılılıqları olan insanların tutulduğu Burger xəstəliyi, əsasən ayaq, bəzən də qoldakı alteriyaların tıxanmasına səbəb ola bilər. Tez-tez rast gəlinən Burger xəstəliyi müalicə edilmədiyi təqdirdə qanqrenaya səbəb olaraq üzv kəsilməsinə, ya da həyatı təhlükəyə səbəb ola bilər.

Kişilərdən sonra qadınlarda da çox tez-tez görülməyə başlandı.

Xərçəng, ağciyər və ürək xəstəlikləri siqaret çəkməyənlərdə də ola bilər, ancaq Burger xəstəliyi təkcə siqaret çəkənlərdə və siqaret tüstüsünə məruz qalan passiv siqaret çəkənlərdə də görünməkdədir. Burger xesteliyinə tutulanların böyük bir əksəriyyəti 30-50 yaş arasında olan siqaret asılılığı olan insanlardır. Son edilən araşdırmalarda qadınlarda da görülməyə başladığı təyin olunmuşdur.

Sağalmayan yaralara səbəb ola bilər.

Burger xəstəliyi əksəriyyətlə ayaq damarlarında, daha seyrək olaraq da əl və qol damarlarının tıxanma şəklində ortaya çıxır. Damar tıxandığında barmaqlara gedən qan axını azalır. Getdikcə ağrı olur. Xəstəlik irəliləsə, barmaqlarda ağrı, uzun müddət sağalmayan yaralar və qanqrenaya səbəb olur. Müalicə edilmədiyi təqdirdə qanqrenaya, barmaqlarda və bəzən ayaqda (amputasiyalara) yol aça bilər. Burger xəstəliyinə tutulan xəstələrin dörddə birində barmaq ya da ayaq amputasiyasını etmək zəruri hala gəlir.

Həyatı alt-üst edir.

- Yeridikdə ayaq pəncəsində və ayaq əzələlərində ağrı olur. Bu ağrı digər damar tıxanmalarndakı agrı kimidir. Sürətli yerimə və yoxuş yuxarı çıxmaq çox çətindir.

- Ayaq və barmaqlarda soyuqluq olur.

- Ayaqda və barmaqlarda keyləşmə ola bilər.

- Xəstəlik irəliləsə, ayaq barmaqlarında və topuqlarda yaralar meydana gələ bilər.

- Barmaqlarda qanqrena inkişaf edər və barmaqların və bəzən ayağın kəsilməsi lazım olar.

Ən təsirli müalicə üsulu siqareti buraxmaqdır.

Siqaret buraxıldığında Burger xəstəliyi ümumiyyətlə irəliləməsini dayandırır. Bu vaxtdan sonra xəstəlikdə pisləşmə çox görülməz. Müalicələrdən daha əhəmiyyətlisi xəstənin siqareti buraxmasıdır. Ancaq siqaret buraxılana qədər meydana gələn tıxalı damarlar özbaşına, ya da hər hansı bir dərmanla açıla bilməz. Burger xəstəliyində ən böyük problem arteriyalarda əmələ gələn tıxanmadır. Bütün şikayəyətləri buna bağlı olur. Bu səbəblə qəti müalicə bu damarların tıxanmasının qarşısını alınmasıdır. Nadir hallarda əməliyyat, ya da anqioqrafiya - (balloon dilation) üsulları istifadə ilə inkişaf əldə edilə bilər. Ancaq bu xəstənin mütləq siqareti buraxması lazımdır. Əks halda damar yenidə tutular.

Burger xəstəliyinə tutulmamaq üçün.

Cəmiyyəti bu haqda maarifləndirmək çox vacibdir. Əl və ayaqlarda duyulan soyuma, qaşıntı, uyuşmalar siqaret istifadə edən bir adamda Burger xəstəliyinin ilk əlamətləri ola bilər. Siqaret istifadəsindən və passiv alkoqolizmdən bir an əvvəl xilas olmaq bu xəstəliyin qarşısını almaqda əhəmiyyətli addımdır.