08-09 fevral 2010-cu il tarixlərində Blumberq Təşəbbüsü Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Tütünlə Mübarizə Sahəsində Liderlik və İdarəetmə” mövzusunda iki günlük təlim keçirildi. Tədbirdə təlimçi kimi ÜST-nin Türkiyə Tütünlə Mübarizə üzrə Milli Proqramın məsul əməkdaşı doktor Toker Erguder çıxış edirdi. Təlimin birinci günü iştirakçılar tütünlə mübarizə sahəsində Türkiyə Respublikasının təcrübəsi ilə tanış oldular. Növbəti gün yuxarıda göstərilən sahədə fəaliyyət üçün bacarıqlar tədris olundu və praktiki tapşırıqlar yerinə yetirildi. Təlimlərdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri iştirak edirdilər. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular