Tütünlə bağlı daha təhlükəli olan proses passiv tütün çəkənlərlə bağlıdır.
ATV.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin "31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi" mövzusunda təşkil olunan Dəyirmi Masada bildirilib ki, Azərbaycanda kişilər arasında tütün çəkmə göstəricisi 35 faizdir. Tədqiqatlar göstərir ki, tütün çəkməyənlərin çox faizi ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır.Qadınların isə təxminən 41 faizi evlərində tütün tüstüsünün təsirinə məruz qalır. Yeniyetmələrin tütün çəkməsi məsələsinə gəlincə, aparılan sorğular bu rəqəmin 7 faizə qədər olduğunu göstərir. Son 5 il ərzində uşaqların tütün tüstünün təsirinə məruz qalma səviyyəsi 50 faizədək artıb. Uşaqların 41 faizə qədəri evlərdə, ictimai yerlərdə tütün tüstünün təsirinə məruz qalır.