LAYİHƏLƏR

28 İyun 2022

Qlobal Tütünə Nəzarət Sisteminin (GTSS) yaratdığı Məktəb İşçiləri arasında Qlobal Tədqiqatı YENİLƏNİB: 25 DEKABR 2019

Qlobal Tütünə Nəzarət Sisteminin (GTSS) yaratdığı Məktəb İşçiləri arasında Qlobal Tədqiqatı (The Global School Personal Survey – GSPS) çərçivəsində İSİM tərəfindən məktəblərin müəllim və idarə heyəti arasında tütündən istifadə, məktəblərdə tütünə nəzarət sisteminin mövcudluğuna dair Qiymətləndirmə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07.03.2016-cü il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.4.2. (QİX-in qarşısının alınması və onlara nəzarət üçün həyata keçirilən strateji planlaşdırmanın əsası kimi, tədqiqatlardan və elmi sübutlara əsaslanan nəticələrdən istifadənin gücləndirilməsi) bəndinin “QİX-in risk amillərinə dair mütəmadi araşdırma aparmaq” yarımbəndinin icrası İSİM-ə həvalə edilib.

Tütünçəkmənin yeniyetmə dövründə başlamasını nəzərə alaraq onun qarşısının alınması prosesinin böyük hissəsi orta təhsil ocaqlarının üzərinə düşür. Məktəb müəllimləri və idarə heyətinin apardıqları tədbirlərin yeniyetmə və gənclərin sağlam həyat tərzi və davranış qaydalarına yiyələnmələrində mühüm əhəmiyyət kəsb edir. Məktəb işçiləri arasında tütünçəkmə və onunla mübarizə işlərinin ölkəyə aid standart, sistemli və ardıcıl protokollar üzrə monitorinqin aparılması ölkə daxili və onun hüdudlarından kənarda müqayisəli məlumatların əldə olunmasına imkan yaradır.   

Bunları nəzərə alaraq, Qlobal Tütünə Nəzarət Sisteminin (GTSS) yaratdığı Məktəb İşçiləri arasında Qlobal Tədqiqatı (The Global School Personnel Survey – GSPS) çərçivəsində İSİM tərəfindən məktəblərin müəllim və idarə heyəti arasında tütündən istifadə, məktəblərdə tütünə nəzarət sisteminin mövcudluğuna dair qiymətləndirmənin aparılması məqsədəmüvafiq hesab edilib. Tədqiqatın üçün aşağıdakı fəaliyyətlər həyata keçirilib:

  1. Sorğu tədqiqatının 2016-ci ildə Azərbaycanda ÜST və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə Gənclər arasında Tütündən İstifadənin Tədqiqatının (GYTS) keçirilməsi üçün ölkənin 25 məktəbi seçilib;
  2. Tədqiqatın metodologiyası hazırlanıb;
  3. Tədqiqatın məqsədlərinə uyğunlaşdırılmış sorğu aləti (sorğu vərəqəsi) hazırlanıb. Sorğu vərəqəsinə daxil olan məsələlər:
  • Demoqrafiya göstəriciləri;
  • Müəllim və idarə heyəti arasında tütündən istifadənin monitorinqi və sənədləşdirilməsinə dair məlumat;
  • Müəllim və idarə heyətinin tütünlə bağlı məsələlərə (məktəblərdə tütünə nəzarət sisteminin mövcudluğu, tütünçəkmənin qadağan olunmasına dair qanunvericilik və s.) dair bilik və münasibət üzrə məlumat;
  • Məktəblərdə tütünə nəzarət siyasətinin effektivliyinin qiymətləndirilməsi üzrə məlumat;
  • Tütünlə mübarizə və nəzarətin həyata keçirilməsinə dair məktəbdə keçirilən maarifləndirmə tədbirlərinin və materiallarının mövcudluğu üzrə məlumat.
  1. Məlumat toplayanlar seçilib, təlimatlandırılıb və sorğu vərəqələri sınaqdan keçirilib.
  2. Seçilmiş məktəblərdə tədqiqatın aparılması təşkil olunub.
  3. Tədqiqat 25 məktəbdə 10 intervüyer vasitəsilə keçirilib.
  4. Sorğu tədqiqatı vasitəsi ilə ölkənin seçilmiş 25 məktəbinin müəllim və idarə heyətindən (750 nəfər) göstərilən məsələlərə dair məlumatlar toplanıb.
  5. Məlumat bazası yaradılıb və məlumatlar kompüter bazasına daxil edilib.
  6. Məlumatlar təhlil olunub.
  7. Yekun hesabat hazırlanıb.