Hər il 31 may tarixi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Ümumdünya Tütünsüz Günü kimi qeyd edilir. Tütünçəkmə hipertonik xəstəliyindən sonra ikinci yeri tutan dünya səviyyəsində ölüm səbəbidir və hal-hazırda yetkinlik yaşına çatmış insanların hər 10 nəfərindən birinin həyatının itirilməsinə gətirib çixardır.
İlk dəfə bu gün beynəlxalq ictimaiyyətin diqqətini tütün epidemiyası və onun ölümcül təsirlərinə cəlb etmək məqsədi ilə 1987-cü ildə qeyd olunub. Bu gün xüsusi tütünlə mübarizə mesajlarının vurğulaması üçün və ÜST-nın Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına sadəqətliliyi təbliğ etmək imkanları yaradır.
Hər il bu gün müxtəlif mövzu altında keçirilir. 2010-cu ilin mövzusu isə “Gender və tütün”dür. ÜST bu gün əsas diqqəti tütün marketinqinin və tütünçəkmənin qadın və qızlara törətdiyi zərərli təsirlərinə yönəltməyə cəhd göstərəcək.
Ümümdünya Tütünsüz Günü haqqında link http://www.who.int/tobacco/wntd/2010/announcement/en/index.html