XƏBƏRLƏR

26 May 2010

Gənc rəssamlar tütünlə mübarizəyə qoşuldular

26 may 2010-cu ildə  “Tütünlə Mübarizə” mövzusunda məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirildi. 5-15 yaş uşaqlar arasında keçirilən müsabiqəyə  81 rəsm təqdim olunmuşdu. Qaliblərin seçilməsi peşəkar rəssamlardan və ictimai səhiyyə mütəxəssislərindən ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib. Tədbirdə təqdim olunmuş işlər arasından 36 ən yaxşı rəsmlərdən ibarət sərgi nümayiş etdirildi. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldılar. Tədbirin sonunda uşaqlar və böyüklər öz imza və fikirlərini ağ löhvə üzərində əks etdirməklə bir çox ölkələrdə keçirilən “Tütünsüz Dünya” aksiyasına qoşuldular.

Bu müsabiqə Azərbaycan Tütünlə Mübarizə Koalisiyası tərəfindən keçirilib. Təşkilatçılar kimi Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi və “Azərbaycan Media Mərkəzi” çıxış ediblər. Müsabiqəyə “Kаспiй” qəzeti və vesti.az saytı informasiya dəstəyi veriblər. Tədbirdə Milli Məclis, müxtəlif dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri və habelə, uşaqlar və valideynlər iştirak edirdilər.