"Sağlam Düşüncə" Gənclər Təşkilatının tütün əleyhinə başlatdığı “NO SMOKING- sağlam həyat tərzi” kampaniyası çərçivəsində “Flame Production”ın texniki təşkilatçılığı ilə gənclər üçün "No Smoking - music and dance evening” adlı musiqi və rəqs gecəsi təşkil olundu. 10 may tarixində “ELITE” ticarət və əyləncə mərkəzinin “Sound Factory Club”-na gələnlər unudulmaz bir gün yaşadılar. Müxtəlif sektordan olan gənclərlə yanaşı beynəlxalq təşkilatlardan və yerli QHT-lərdən qonaqların da iştirak etdiyi gecədə kampaniya çərçivəsində görülmüş və bundan sonra görüləcək fəaliyyətlər haqqında məlumat verildi. Musiqi gecəsində gənclər həm rəqs edərək əyləndilər, həm də DNS komputersdən və "B&G" Gəlinlik paltarları mağazasından endirimlər və hədiyyələr qazandılar.
"Sağlam Düşüncə" Gənclər Təşkilatının başlatdığı “NO SMOKING” sağlam həyat tərzi” kampaniyasının əsas məqsədi əhalinin diqqətini bu problemin aktuallığına yönəltməklə onlar arasında tütünün zərərləri haqqında maarfiləndirmə işinin artırılması və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Kampaniya çərçivəsində təşkilat bir çox qrumlarla əməkdaşlıq edir və Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının üzvüdür.