Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi Tütünlə Mübarizə Milli Koalisiyasının iştirakı ilə 31 May Ümumdünya Tütünsüz Gününə həsr edilmiş 5-15 yaşında olan uşaqlar arasında tütünlə mübarizə mövzusunda rəsm müsabiqəsini keçirir. Müsabiqədə qalib gəlmiş rəsmlər poster şəklində çap olunaraq, Respublikanın təhsil, səhiyyə və əyləncə müəssisələrində yerləşdiriləcək.
Müsabiqə 2 yaş qrupunda keçiriləcək (5-10 yaş və 11-15 yaş). 31 may tarixində münsiflər tərəfindən seçilmiş ən yaxşı rəsmlərdən ibarət sərgi Azərbaycan Media Mərkəzində nümayiş etdiriləcəkdir. Müsabiqənin qalibləri hədiyyələr və diplomlarla təltif olunacaqlar.
Müsabiqədə iştirak etmək üçün sərbəst texnikasında A3 formatında hazırlanan və tütünlə mübarizə mövzusunu əks etdirən rəsmlər təqdim olunmalıdır.
Rəsmlər mayın 15-dək Bakı şəhəri, Xəqani küç. 14/16, mənzil 41 ünvanında qəbul edilir. Əlaqə telefonu(012) 498 10 08. E-mail: [email protected]. Hər iştirakçı müsabiqəyə iki rəsm təqdim edə bilər. İşlərin arxa tərəfində müəllifin adı, soyadı, doğum tarixi, təhsil aldığı məktəbin nömrəsi və əlaqə kontaktları (telefon və /ya e-mail) aydın göstərilməlidir. Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır.
Təşkilatçılar: Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi.
Təşkilati dəstək: USAİD-ın İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Azərbaycan Media Mərkəzi.
İnformasiya dəstəyi: “Kaspiy” qəzeti və www.vesti.az.