XƏBƏRLƏR

9 Aprel 2010

Müəllim və tələbələr tütünlə mübarizə barədə öyrənirlər

2010-cu ilin aprelin 9-da Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının nümayəndələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində tütünlə mübarizə mövzusunda təqdimat keçirtdilər. Mərkəzin 20-dən artıq əməkdaşı, Mərkəzin işində iştirak edən müəllim və məktəb şagirdləri bu tədbirdə iştirak edirdilər.

Təqdimat zamanı Asosiasiyanın  İdarə Heyətini sədri və “Azərbaycanda Tütünlə  Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsinin koordinatoru Nurlan Əliyev Layihə çərçivəsində və Assosiasiyanın tütünlə mübarizə üzrə apardığı fəaliyyətlər, onların məqsədləri barədə məlumat verdi. Təqdimatdan sonra aparılan müzakirə və suallara verilən cavablar auditoriyaya Tütünlə Mübarizənin əsas problemləri və vəzifələri barədə ətraflı məlumat çatdırıldı.
Tədbirdə iştirak edən məktəb şagirdləri həmyaşıdlarının tütünün təhlükələri barədə biliklərinin artırılmasında daha aktiv iştirak etməklərini istədiklərini bildirdilər. Mərkəz tərəfindən təşkil olunan ekoloji patrulların üzvləri olan məktəblilər həm ətraf mühitin qoruması, həm də sağlamlığın təbliğatı mövzuları üzrə müəyyən təcrübəyə malikdirlər.  

Tədbir zamanı həm uşaqlar, həm də müəllimlər çıxış edərək tütünçəkmə probleminin həlli üçün müxtəlif yollar təklif etdilər. 
Mərkəzin əməkdaşı Lalə Dadaşova belə görüşlərin tez-tez kecirilməsinin vacib olduğunu bildirdi: “Bu cür tədbirlər gələcəyimiz olan məktəblilərin sağlam həyat tərzi haqqında biliklərini artırır və onlarda pis vərdişlərin zərərləri haqqında fikir yaradır”