18-19 Mart 2010-cu il tarixlərində İSİM-də Blumberq Təşəbbüsü Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində “Tütünlə mübarizə yolları” mövzusunda praktiki təlim keçirildi. 2 gün sürən treninq zamanı tütün epidemiyasından, onun insan sağlamlığına vurduğu zərərlərdən, beynəlxalq təşkilatların bu barədə verdiyi statistik məlumatlardan, problemdən çıxış yolları və bu sahədə dünya ölkələrinin təcrübəsindən danışıldı. İştirakçılara “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunun və Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının mətni, həmçinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış tütünçəkmədən imtinaya səsləyən bukletləri paylandı.
Tədbirin 2-ci günündə seminar iştirakçıları 2 qrupa bölünərək, praktiki tapşırıqları yerinə yetirdilər. Praktiki məşğələ ictimai vəkillik, advokasiya, lobbiçilik işinin təşkili, planlaşdırılması və həyata keçirilməsinin iştirakçılar tərəfindən mənimsənilməsi məqsədini daşıyırdı.
Sonda iştirakçılara sertifikatlar təqdim edildi. İSİM-də bu mövzuda sayca ikinci treninq Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının nümayəndəsi Gülnarə Axundova tərəfindən aparılırdı.