XƏBƏRLƏR

3 Noyabr 2016

Bakıda tütündən imtina üzrə tibbi məsləhət kabineti fəaliyyətə başladı

www.azertag.az

Noyabrın 1-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi “Qaynar xətt” fəaliyyətə başlayıb.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı əhali üçün xüsusi poster hazırlanıb. Pilot layihə olaraq iki ay ərzində fəaliyyət göstərəcək kabinetdə tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar.